Rusiyalı deputat və ekspertlər Ağdama səfər edib - [color=red]FOTO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 14:30 01 May 2021

Rusiyalı deputat və ekspertlər Ağdama səfər edib - FOTO

 

Azərbaycanda olan bir qrup rusiyalı deputat və ekspert işğaldan azad edilmiş ərazilərə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rusiyalı deputat və ekspertlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını, Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı gözləri ilə görüblər.

Daha sonra Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbri ziyarət olunub.

Nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.

 

Qeyd edək ki, heyətin tərkibinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR