Rusiyalı politoloq: “Azərbaycan hərbi qələbəyə yaxındır”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 20:21 24 Oktyabr 2020

Rusiyalı politoloq: “Azərbaycan hərbi qələbəyə yaxındır”

“Azərbaycan hərbi qələbəyə yaxındır. Mümkündür ki, artıq bir neçə saatdan sonra Azərbaycan ordusu Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən cənub Laçın dəhlizini atəşdə saxlayan mövqeləri tutacaq. Şimal dəhlizi artıq bir həftə bundan qabaq bloklanıb. Orada hər şey atəş altındadır”.  

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib .

Onun sözlərinə görə, Azərbaycan ordusu hazırda həm də havadan da tam dominantlıq edir: “Laçın dəhlizinin hərbi blok edilməsindən sonra Ermənistan ordusunun vəziyyəti artıq ümidsiz olacaq. Müharibənin davam etdirilməsi o zaman hərbi formada olan ermənilərin məhv edilməsinə çevriləcək .Bu artıq heç kimə lazım deyil. Ona görə də, fikrimcə, bu hərbi qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev atəşi dayandırmağa  və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu isə artıq atəşkəs haqqında deyil, sülh haqqında danışıqlar olacaq. Danışıqlar Azərbaycanın bütün ərazilərindən Ermənistan qoşunlarının çıxarılması şərtləri və erməni əhalisinin vəziyyəti haqqında olacaq. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq”.

Rusiyalı ekspert Vladimir Putinin “Valday” forumundakı çıxışının da məhz bu haqda olduğunu söyləyib: “Baxmayaraq ki, o zaman heç də hamı bunu anlamamışdı. Putin isə bir neçə saatdan sonra regionda geosiyasi vəziyyətin kardinal şəkildə dəyişəcəyini artıq bilirdi”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR