• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:08 20 sentyabr 2019

Sabahın havası: Yüksək dağlıq ərazilərə sulu qar, qar yağacaq

Sentyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.

Sentyabrın 21-də şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 21-dən 22-si səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR