• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:43 15 aprel 2019

Səfir: “Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir”

“İyirmi faiz torpaqların işğal altında olmasına baxmayaraq, Azərbaycan regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır”.

Bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand ONA-ya müsahibəsində deyib.

Diplomat ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanı hər zaman dəstəklədiyini vurğulayıb: “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir. Dağlıq Qarabağ məsələsi ilə bağlı parlamentimizdə qətnamə qəbul etmişik. Pakistan Senatı Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR