• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:21 2 aprel 2021

Şuşada qalıqları aşkarlanan "İskəndər-M" raketidir - ANAMA

"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib. O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində 9M723 indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu, "İskəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İskəndər-M" raketidir".

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR