Tahir Kərimli: “Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa səfəri barədə təkliflər yolverilməzdir”
  • DAĞLIQ QARABAĞ

  • 12:23 23 Aprel 2019

Tahir Kərimli: “Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa səfəri barədə təkliflər yolverilməzdir”

“Azərbaycanın ərazi bütövlüyü həll olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli söyləyib.

O, rəsmi şəxslər tərəfindən belə çağırışların qəbuledilməz və yolverilməz olduğunu vurğulayıb. 
T.Kərimlinin çıxışına münasibət bildirən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. V.Ələsgərov deyib ki, emosional çıxışlarla insanları qıcıqlandırmağa dəyməz: “Real siyasətdən xəbəri olan hər bir şəxs sözünə dəyər verməlidir. Ona görə də Tahir Kərimlinin iradını başa düşmədim. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı mövqeyimizi bildiririk”.

Qeyd edək ki, ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı vasitəçiliyi ilə Moskvada Ermənistan xarici işlər naziri ilə görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin Dağlıq Qarabağ və Ermənistana səfərinin təşkilinin mümkün olduğunu bildirmişdi.   

OXŞAR XƏBƏRLƏR