Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin  Ağdama səfəri başlayıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 11:29 11 Aprel 2021

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulur.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR