• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:30 24 fevral 2019

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: “Xocalıda soyqırımı törədən cinayətkarlar cəzalandırılmalıdır”

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Şamil Ayrım Xocalı soyqırımının ildönümü münasibətilə mətbuat konfransı keçirib.

ONO-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ş. Ayrım Xocalıda 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, şəhid olanların cəsədlərinə qarşı belə vəhşiliyə yol verildiyini bildirib.

Ş. Ayrım Xocalı faciəsini Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən planlı soyqırımı və etnik təmizlik siyasətinin bir əsəri adlandırıb. O, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu, 1 milyondan çox insanın qaçqın və köçkün həyatı yaşadığını nəzərə çatdırıb: “Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın işğalına son qoyulmalı, beynəlxalq ictimaiyyət yurdundan qovulan soydaşlarımızın torpaqlarına qayıtmasını təmin etməli, Xocalı soyqırımının törədilməsində iştirak edən cinayətkarlar cəzalandırılmalıdır. Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, onların kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR