Türkiyə Prezidenti: “İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:41 02 Oktyabr 2020

Türkiyə Prezidenti: “İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”

“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.

“Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”, - deyə Ərdoğan qeyd edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR