“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 23:27 29 Oktyabr 2020

“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib

"Rusiya istehsalı olan kasetli raketlər erməni qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı istifadə edilib".

 APA xəbər verir ki, “VICE News”un jurnalistləri 28 oktyabrda bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.

Hücumdan bir neçə saat sonra aparılan araşdırmada, “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.

Azərbaycan rəsmilərinin məlumatına əsasən, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Dağlıq Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimlərdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Böhran üzrə böyük məsləhətçi Brayn Kasnerin sözlərinə görə, "Amnesty International"ın mütəxəssisləri 28 oktyabrda Azərbaycanın Bərdə şəhərinin mərkəzindəki yaşayış məhəlləsinə Rusiya istehsalı olan 9N235 kasetli raketlə zərbə endirildiyini təsdiq edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR