Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib
  • DAĞLIQ QARABAĞ

  • 17:16 17 İyul 2020

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclası keçirilib, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyət müzakirə olunub və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb". 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR