• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:05 13 may 2019

XİN: Ermənistan təcavüzkar və işğalçı siyasətini “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir

“Müsahibəsində uzun-uzadı demokratik tendensiyalardan danışan Ermənistan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir”.

Bu sözləri ONA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli “tert.am” portalına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, nazirin başlıca hədəfi erməni ictimaiyyətidir: “Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır".

Leyla Abdullayeva deyib ki, Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın on illərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir: "Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR