XİN sözçüsü: "Nazirlərin görüşünün yeri və tarixi dəqiqləşəndən sonra razılaşdırılmış şəkildə məlumat veriləcək"
  • DAĞLIQ QARABAĞ

  • 14:28 03 May 2019

XİN sözçüsü: "Nazirlərin görüşünün yeri və tarixi dəqiqləşəndən sonra razılaşdırılmış şəkildə məlumat veriləcək"

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində müvafiq fikirlər bildirilib".

Bu sözləri ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Görüşün dəqiq yeri və tarixi müəyyən olunacağı təqdirdə bu haqda razılaşdırılmış şəkildə ictimaiyyətə məlumat veriləcək", - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, nazirlərin Moskva görüşündən bir qədər sonra xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən növbəti görüşün ABŞ-da keçirilə biləcəyinə dair təklifin olduğunu açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR