• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:34 29 aprel 2021

Zəngilanda 3 milyon 530 min kv.m, Qubadlıda 3 milyon 600 min kv.m ərazi mina və PHS-dən təmizlənib - ANAMA

“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.

O, təmizləmə işlərinin davam etdiyini bildirib: “Zəngilanda hava limanının tikintisi ilə bağlı 68 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib. Ümumilikdə Zəngilanda 3 milyon 530 min kv.m ərazidə təmizləmə işləri aparılıb. Hazırda işlər davam edir”.

Qeyd edək ki, Zəngilan və Qubadlı rayonlarında ANAMA-nın apardığı təmizləmə əməliyyatlarını izləmək üçün mətbuat nümayəndələri bölgəyə səfər edib.

Bəhruz Namazov deyib ki, ANAMA tərəfindən indiyədək Qubadlı rayonu ərazisində 3 milyon 600 min kvadrata yaxın ərazi mina və parlamamış hərbi sursatdan (PHS) təmizlənib.

B. Nanazov bildirib ki, əməliyyatlar zamanı görülmüş təhlükəsizlik tədbirləri nəticəsində hər hansı parlayış və bədbəxt hadisə baş verməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR