• DİASPOR

    05:28 3 iyun 2019

Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində ittiham edib

Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində “tək məsuliyyət” daşımaqda ittiham edərək, Pekinin prinsipial şəkildə geri çəkilməyəcəyini bildirib.

ONA xarici mediaya istinadən xəbər verir ki, Çin ABŞ-ın danışıqlardan çəkildiyini və tariflərin iki ölkə arasındakı ticarət problemlərini həll etməyəcəyini deyib.

ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyini deyib.

Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.

Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırılacağı və bunun Çinə ixrac edilən 5140 məhsula şamil ediləcəyini bəyan edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR