Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq “Fransa Senatından ədalət tələb edirik” adlı dinc aksiya keçirilir.
APA xəbər verir ki, aksiyanı Fransada yaşayan azərbaycanlılar təşkil ediblər.
Diaspor üzvləri Senata təqdim edilən qətnamənin ədalətsiz və qərəzli olduğunu bəyan ediblər.
Xatırladaq ki, oktyabrın 3-də Fransa Senatına Azərbaycana qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı qətnamə layihəsində Fransa hakimiyyəti və Avropa İttifaqı ölkələrinə Azərbaycandan idxal edilən neft və qaza embarqo tətbiq edilməsi çağırışı yer alıb.