Moskvada Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirməyə cəhd edərkən saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıblar.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskva Presnenski Rayon Məhkəməsi gənclərin hər birinin 10 min rubl miqdarında cərimələnməsinə qərar verilib.
Vəkil Ələkbər Qarayev ONA-ya açıqlamasında gənclər barəsində çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, dünən Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə bir qrur azərbaycanlı gənc Moskvada fləşmob etməyə cəhd ediblər. Paytaxtın mərkəzi küçələrində avtoyürüş edən Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət qruru polis saxlayaraq bölməyə aparıb.