Martın 20-də Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti Novruz bayramına həsr olunmuş tədbir-konsert keçirib.
ONA-nın xəbərinə görə, tədbirdə çoxsaylı həmyerli mizlə yanaşı, yerli icra orqanlarının rəhbərləri, Nijni Novqorodda yaşayan digər millətlərin təmsil olunduqları təşkilatlar və mədəni qurumlar iştirak ediblər.
Milli musiqiçilərimizlə yanaşı, konsertdə digər millətlərin musiqiçiləri də iştirak edib.
Tədbirdə Azərbaycan, paytaxt Bakı, eləcə də tariximiz barədə videoçarx nümayiş etdirilib, Novruz bayramı haqqında qonaqlara məlumat verilib.