• DİASPOR

    15:51 13 noyabr 2020

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa yola düşüb

Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa uçub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Noyabrın 13-də 8 ədəd İL 76 hərbi nəqliyyat aviasiyası Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələr Ermənistandakı aerodroma 10-dan çox yüksək keçidli yük avtomobilləri, eləcə də 100-dən çox hərbçi aparıb.

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlıların sayı 1960 hərbçidən, 9 zirehli tranportyordan və 380 avtomobil və digər texnikalardan ibarətdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR