Səudiyyə şahzadəsi Bakıya gələcək
  • DİASPOR

  • 14:02 28 Fevral 2019

Səudiyyə şahzadəsi Bakıya gələcək

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən ONA-ya bildirilib ki, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal forumda da iştirak edib.

Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı forumununun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.

Gülşən Hacıyeva

Teqlər:

OXŞAR XƏBƏRLƏR