“Son günlər bəzi media orqanlarında ABŞ-ın tələbi ilə Türkiyənin Rusiyadan aldığı “S-400” müdafiə sisteminin tədarükünün ləngitməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşləri Nazirliyinin mətbuat katibi Hami Aksoy açıqlama verib.
Bildirib ki, “S-400”ün tədarükü ilə bağlı proses planlaşdırıldığı vaxt üzrə davam edir: “Digər tərəfdən, “S-400” sisteminin “F-35”ə hər hansı zərər verə biləcəyilə bağlı ABŞ-la ortaq işçi qrupunun yaradılması təklifimiz hələ də qüvvədədir”.