Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız Vətənə gətirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.
Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.