Dənizdə hərəkətsiz vəziyyətdə qalan Norveçə məxsus “Viking Sky” kruiz laynerində təxliyyə işləri hələ də davam etdirilir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, dənizdə başlayan güclü qasırğa səbəbindən mühərriklərindən biri sıradan çıxan gəmi Norveç sahillərindən təxminən 5 km aralıqda lövbər salaraq dayanıb.
Hazırda ərazidə çoxlu sayda helikopterlər və xilasedicilər çalışır. Təqribən 1300 sərnişini olan laynerdən hələlik 139 nəfər xilas edilib. Onlardan üçü ciddi travma alıb və xəstəxanaya çatdırılıb. Ümumilikdə isə 8 nəfər xəsarət alıb.
Bunu Cənubi Norveç axtarış-xilasetmə əməliyyatları üzrə koordinasiya mərkəzinin rəsmisi Borqhild Eldyoen jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, təxliyyə işləri bütün gecə boyu davam etdiriləcək.