2018-ci ildə Fransa 9 milyard avro dəyərində silah ixrac edib.
ONA xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Florans Parli “CNews” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2017-ci ildə bu rəqəm 7 milyard təşkil edib və bu da 30% artım deməkdir.
Nazir həmçinin vurğulayıb ki, 2016-cı ildə Hindistanla imzalanan “Rafale” qırıcılarının çatdırılmasına dair saziş sayəsində Fransa silah ixracından gəlirlərini 10 milyard avroya çatdırıb.