• DÜNYA

    19:06 1 aprel 2019

2018-ci ildə Gürcüstanda yetkinlik yaşına çatmayan 738 nəfər valideyn olub

2018-ci ildə Gürcüstanda 738 yetkinlik yaşına çatmamış şəxs valideyn olub.

ONA Apsny.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan insan hüquqları üzrə milli müdafiəçisinin parlament bürosunun iclasında deputatlara təqdim etdiyi hesabatda qeyd olunur.

Bildirilir ki, onların arasında 715 yetkinlik yaşına çatmamış ana və 23 ata var. Hesabata əsasən, erkən yaşda ailə qurmaq Gürcüstanda ən problemli məsələlərdən hesab edilir. Gürcüstan qanunvericiliyinə əsasən, 18 yaşına çatmamış şəxslər nigaha daxil ola bilməz.

Məlumata görə, erkən nigahlar əsasən azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində qeydə alınır. Bu bölgənin şagirdləri çox vaxt erkən nigahlara görə məktəbi bitirmir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR