Şimali Arizona Universitetinin Vudwella İqlim Tədqiqat Mərkəzinin alimləri Yeni Zelandiyanın Vaykato Universitetinin həmkarları ilə birgə 2050-ci ilədək Yer planetinin kritik temperatur göstəricisinə çata biləcəyini açıqlayıblar.
APA “Science Advance” portalına istinadən xəbər verir ki, araşdırmaların nəticələrinə görə, planetin ekosistemində bitkilərin bütün canlılar üçün zəruri olan fotosintez qabiliyyətini itirmə ehtimalı yaranacaq.
Nəticə etibarı ilə yeni şərtlər daxilində biosfer artıq karbon qazını az qəbul edəcək.
Alimlərə görə, bitkilərin karbon qazını udma qabiliyyəti yaxın 20 il ərzində iki dəfə azalacaq.