• DÜNYA

    17:53 30 mart 2019

İsrail-Qəzza sərhədində 40 min fələstinlinin iştirakı ilə nümayiş keçirilir

İsrail-Misir blokadasının aradan qaldırılmasına qarşı yönələn həftəlik nümayişlərin il dönümünü qeyd etmək üçün İsrail-Qəzza sərhədindəki çəpərin önündə 40 min fələstinli nümayiş keçirir.

ONA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, nümayişçilərdən biri – 21 yaşlı Məhəmməd Səəd öldürülüb, 33-ü isə yaralanıb. Nümayişçilər tərəfindən çəpərə çox sayda qumbara və partlayıcı qurğular atılıb, təkərlər yandırılıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR