• DÜNYA

    03:13 27 aprel 2019

500 avroluq əsginasların buraxılışı dayandırılıb

Avropa Birliyi (AB) ölkələrinin mərkəzi bankları 500 avroluq əsginasların buraxılışını dayandırıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin yazdığına görə, bütün AB ölkələrində bu kağız əsginasların buraxılışı yanvardan dayandırılsa da, Almaniya və Avstriya bu müddəti aprelin 26-dək uzadıb.

Bildirilir ki, belə bir iriməbləğli banknotların dövriyyədən çıxarılması onların ticarət alqı-satqılarında deyil, daha çox kriminal məqsədlərlə istifadə edilməsi ilə bağlıdır. Bank rəsmiləri çirkli pulların yuyulmasında, məxfi qaranlıq əməliyyatlarda və hətta terrorçuluğa, narkotik ticarətinə maliyyə dəstəyi zamanı daha çox 500 avroluq kağız pullardan istifadə olunduğunu ehtimal edirlər.

Bununla belə, dövriyyədə olan həmin əsginaslar ödəniş vasitəsi və bank əməliyyatları zamanı yararlı olacaq.

Qeyd edək ki, 500 avroluq kağız əsginaslar 2002-ci il yanvarın 1-dən buraxılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR