• DÜNYA

    08:56 16 iyun 2019

AB ölkələri Maduroya qarşı sanksiya imkanlarını gözdən keçirir

Bəzi AB ölkələri Venesela prezidenti Nikolas Maduroya və ölkənin onlarla rəsmi şəxslərinə qarşı sanksiya tətbiqi imkanlarını gözdən keçirir.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bu məsələni fəal şəkildə müzakirə edən dövlətlərin siyahısına Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Niderland daxildir. Söhbət həmin şəxslərə qarşı maliyyə məhdudiyyətlərindən və AB ölkələrinə giriş qadağasından gedir.

Sanksiyalara əsas verən məqamlardan biri kimi Venesuela hakimiyyəti tərəfindən bir sıra qanunvericilərin deputatlıq toxunulmazlığının ləğvi göstərilir.

Bununla belə, qeyd olunur ki, yekun qərar hələ ki qəbul olunmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR