Avropa İttifaqı (Aİ) Sammiti Böyük Britaniya parlamentinin Brüssellə razılığa gələcəyi təqdirdə, "Brexit"in vaxtının may ayının 22-nə təyin edilməsi haqqında qərar verib.
ONA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriya kansleri Sebastyan Kurs açıqlamasında deyib.
Sammitin "Brexit"ə dair yekun açıqlamasına görə isə, parlament Brüssellə razılaşmanı dəstəkləməsə, o zaman Britaniya Aİ-nı aprelin 12-də tərk etməli olacaq.