• DÜNYA

    04:38 11 aprel 2019

AB və Britaniya "Brexit"in yeni tarixi barədə razılığa gəlib

Avropa Birliyinə üzv olan 27 ölkənin liderləri Brüsseldə keçirilmiş növbədənkənar sammitdə Böyük Britaniyanın birliyin tərkibindən çıxması tarixi ilə bağlı razılığa gəlib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasının sədri Donald Tusk bildirib.

“27 AB ölkəsi vaxtın uzadılması ilə bağlı razılıq verib. İndi mən baş nazir Tereza Meylə görüşərək, Britaniya hökumətinin razılığını alacam”, - deyə Tusk qeyd edib.

Yeni razılığa əsasən, Böyük Britaniyanın AB-ni tərk edəcəyi tarix 12 apreldən 31 oktyabr tarixinədək ertələnib.

Sammitin yekununda D.Tusk artıq Britaniya hökuməti ilə razılıq əldə olunduğunu açıqlayıb.

“Böyük Britaniya 27 AB ölkəsi ilə birgə vaxtın 31 oktyabradək uzadılması barədə razılığa gəlib. Bu o deməkdir ki, Birləşmiş Krallığın doğru qərar verməsi üçün qarşıda daha 6 ayı var”, - D.Tusk belə deyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR