• DÜNYA

    12:20 10 may 2019

ABŞ-ın bombardmançı-raketdaşıyan təyyarələri Qətərdəki hərbi bazaya yerləşdirilib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing B-52 Srtatofortress" strateji bombardmançı-raketdaşıyan təyyarələr Qətərdəki əl-Udeyd hərbi bazasına yerləşdirilib.

ONA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı rəsmi "Twitter" hesabında yazıb.

Komandanlıq bildirib ki, hərbi təyyarələrin bazaya yerləşdirilməsində əsas məqsəd regionda ABŞ qüvvələrini və maraqlarını qorumaqdır.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR