ABŞ Dövlət Departamenti xarici ölkə vətəndaşlarına viza verilməsi üçün həmin şəxslərdən sosial şəbəkə məlumatlarını təqdim etməyi tələb etməyə başlayıb.
ONA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın viza üçün yeni anket forması mayın 31-dən qüvvədədir
Viza üçün müraciət edən şəxs sosial şəbəkə istifadəçisi olmadığını qeyd edə bilər. Ancaq bu halda yalan informasiyaya görə məsuliyyət daşıyacaq.
Dövlət Departamentində bildirilib ki, viza üçün yeni tələb terroruçuları və cəmiyyətə təhlükə yaradan insanları izləməyə kömək edəcək. Həmin şəxslərə ABŞ-a daxil olmaq qadağan ediləcək.