ABŞ-a Avropada daimi əsaslarla beşinci nəsil qırıcı-bombardmançı təyyarələr yerləşdirməyə icazə verilib.
ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropada Birləşmiş Silahı Qüvvələrinin baş komandanı, amerikalı general Kertis Skaparotti bildirib.
“ABŞ Hərbi Hava Qüvvələri hazırda bizə rotasiya qaydasında beşinci nəsil təyyarələr təqdim edir. Bombardmançı və digər təyinatlı bu təyyarələr döyüş hazırlığını yüksək səviyyədə saxlamaq baxımından çox əhəmiyyətlidir”, - deyə general qeyd edib.
Bildirilir ki, beşinci nəsil döyüş təyyarələri nüvə döyüş başlıqları daşımaq qabiliyyətinə malikdir.