• DÜNYA

    08:32 9 sentyabr 2019

ABŞ Baham hava məkanında uçuşları müvəqqəti qadağan edib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bazar günü ABŞ təyyarələrinin şiddətli Dorian qasırğasına görə Baham adaları üzərindən uçuşlarını müvəqqəti olaraq qadağan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hava tənzimləyici xidmətinin rəsmi saytında da qeyd edilib ki, axtarış-xilasetmə işləri və humanitar yardım məqsədilə Baham hava məkanı istiqamətində uçan təyyarələrə məhdudiyyətlər tətbiq olunub.

FAA-nın uçuşunu məhdudlaşdırmaq barədə qərarı ada dövlətin səlahiyyətli nümayəndələrinin təklifi nəzərə alınaraq ilə qəbul edildi.

Qeyd edək ki, son məlumatlara görə, Baham adalarında qasırğanın törətdiyi fəsadlar nəticəsində ən azı 44 nəfər həyatını itirib. 13 minə yaxın bina dağılıb. Baham adaları Birliyinin səhiyyə naziri Dvayne Sandz qeyd edib ki, bu, hələ son rəqəm deyil.

Xatırladaq ki, şənbə günü gecə Dorian Kanadanın Yeni Brunsvik, Nova Scotia və Şahzadə Edvard adalarına güclü zərbələr endirib. Təxminən 500 min adam işıqsız qalıb, yüzlərlə ağac kökündən çıxıb. Sahildəki dalğanın hündürlüyü 15 metrə çatıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR