ABŞ Dövlət Departamenti “Əl-Qaidə” başçılarından olan Həmzə Ben Ladenin harada olduğu haqda məlumat verənə 1 million dollar pul verəcək.
ONA-nın xəbərinə görə, bu barədə informasiyanı Dövlət Departamentinin rəsmi internet səhifəsi yayıb.
“2015-ci ilin avqustundan başlayaraq o, internetdə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etməyə çağırır”, - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
Həmzə Ben Laden amerikalı hərbçilər tərəfindən qətlə yetirilən atasının qisasını alacağını dəfələrlə bildirib. O, 2015-ci ildə “Əl-Qaidə"yə qoşulduqdan sonra ABŞ-a qarşı müharibə elan edib.
Vaşinqton belə çağırışların dövlət təhlükəsizliyinə zərbə vurduğunu bildirib və kiçik Ben Ladenin başına pul mükafatı qoymağa qərar verib.