• DÜNYA

    02:02 23 dekabr 2020

ABŞ Bəşər Əsədin xanımına və onun qohumlarına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Suriya prezidenti Bəşər Əsədin xanımına və onun yaxın qohumlarına qarşı yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib.

“Dövlət Departamenti Suriya münaqişəsinin siyasi yolla həllinin tapılması səylərinə maneə törətdiyinə görə Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı sanksiya tətbiq edir”, - Pompeo öz açıqlamasında belə deyib.

Onun sözlərinə görə, “o, rejimin maraqları naminə qondarma xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi hakimiyyəti birləşdirmək cəhdlərinə rəhbərlik edib”.

Vaşinqtonun qənaətinə görə, sanksiyalar prezidentin həyat yoldaşı ilə yanaşı onun “suriyalıların əzabları hesabına” zənginləşən dörd yaxın qohumuna da təsir edəcək.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR