• DÜNYA

    08:22 18 fevral 2021

ABŞ bütün ölkələri peyvəndlə bağlı dezinformasiyaların qarşısını almağa çağırıb

“ABŞ bütün ölkə hökumətlərini peyvəndlə bağlı dezinformasiyasının qarşısını almağa çağırır”.

APA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının koronavirusla mübarizə üzrə görülən tədbirlər barədə keçirilən virtual iclasında bildirib.

O peyvəndlə bağlı yanlış məlumatların yayılmasını bu istiqamətdə həyata keçirilən missiyanın ciddi şəkildə təhlükə altına düşəcəyinə diqqət çəkib.

Uzunmüddətli perspektivdə bütün ölkələrin şəffaf şəkildə iştirak etmələrinin zəruriliyini vurğulayan E.Blinken əlavə edib ki, yanlış məlumatlar, həmçinin, insan hüquqlarının pozulmasına da sirayət edir: “Ölkələr insan hüquqları öhdəliklərinə riayət etmələri üçün cavabdeh olmalıdırlar. Heç bir dövlətin kiminsə insan haqlarını pozmaq üçün COVID-19-dan sui-istifadə etməsinə icazə verməməlidir”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR