• DÜNYA

    22:34 25 aprel 2019

ABŞ Çeçenistan baş nazirinin ölkəyə girişinə qadağa qoyub

ABŞ Çeçenistan hökumətinin başçısı Müslim Xuçiyevin ölkəyə daxil olmasına qadağa qoyub.

ONA “RBK”-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət departamentinin məlumatında bildirilir.

Həmin məhdudiyyətlər Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya qarşı da tətbiq olunub.

Məlumatda qeyd olunur ki, sanksiyalar “insan haqlarının ciddi pozulmasına görə” tətbiq edilib.

Bildirilir ki, söhbət qanunsuz həbslər, işgəncələr, məhkəməsiz qətllər və digər hadisələrdən gedir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR