• DÜNYA

    02:34 19 aprel 2021

ABŞ Çexiyanın rus diplomatlarını qovması qərarını dəstəkləyib

“ABŞ, Çex Respublikasına "Rusiyanın təxribatçı hərəkətlərinə" verdiyi qəti cavabda dəstəyini ifadə edir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, ABŞ Çexiyanı Rusiyanın Çexiya ərazisindəki təxribatçı hərəkətlərinə verdiyi qəti cavabda dəstəkləyir: “Rusiyanın ərazi bütövlüyünü, enerji təhlükəsizliyini və ya müttəfiqlərimizin, tərəfdaşlarımızın həyati infrastrukturunu təhdid edən hərəkətlərinə cavab olaraq qətiyyətlə davranmalıyıq”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR