ABŞ-ın Yeni Orlean şəhərində 125 illiyini qeyd edən otel öz qonaqlarına indiyəcən oğurladıqları əşyaları qaytarmağı xahiş edib və buna görə onların cəzalandırılmayacaqlarına dair vəd verib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, otel həmin əşyalardan sərgi təşkil etmək istəyir. Sərgi bitdikdən sonra isə geri “sahib”lərinə qaytarmağı düşünür.
Otelin təklifinə görə, ən dəyərli və qeyri-adi predmeti qaytaran şəxs otelin lüks prezident otağında gecələyəcək. Həmin otağın bir gecəlik qiyməti isə 15 min dollar təşkil edir. Həmin “qaliblər”, həmçinin restoranın baş aşpazının hazırladığı ləziz xörəklərdən dadmaq və dəbdəbəli spa-salonlarında istirahət etmək imkanı da qazanacaq.
Qeyd edək ki, qaytarılacaq bütün əşyalar otelin qonaq otağında təşkil olunmuş guşələrdə sərgilənəcək. Qonaqların bəziləri indiyəcən otel otaqlarına aid açar, yastıq üzü, 1940-cı illərə aid ödəniş hesabı, boşqab, menyu və açıqcaları təqdim ediblər.