• DÜNYA

    07:42 14 sentyabr 2019

ABŞ-da 22 il əvvəl itkin düşmüş şəxsin cəsədi "Google" vasitəsilə tapılıb

22 il əvvəl itkin düşmüş ABŞ-ın Florida ştatının sakini, 40 yaşlı Uilyam Moldtun cəsədi təsadüf nəticəsində “Google Earth” xidməti vasitəsilə aşkar olunub.

APA “BBC”-yə istinadən xəbər verir ki, U.Moldtla 1997-ci ildən bəri əlaqə yaratmaq mümkün olmayıb. Onun axtarışları da nəticə vermədiyindən itkin düşmüş hesab edilib.

Bu ilin avqust ayının sonlarında Leyk-Uort şəhərinin sakinlərindən biri “Google” xəritə proqramı vasitəsilə təsadüfən öz evinin yaxınlığındakı gölməçədə batmış avtomobili görüb. Bu barədə o, polisə də məlumat verib.

Avtomobil gölməçədən çıxarılıb və içərisində insan skeleti aşkar olunub. Bir həftəlik ekspertiza müayinəsindən sonra skeletin itkin düşmüş Moldta aid olduğu üzə çıxıb.

Polisin ehtimalına görə, U.Moldt avtomobilin idarəetməsini itirib və onu gölməçəyə salıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR