ABŞ-da 28 avtomobilin toqquşması nəticəsində azı 4 nəfər ölüb
  • DÜNYA

  • 01:59 27 Aprel 2019

ABŞ-da 28 avtomobilin toqquşması nəticəsində azı 4 nəfər ölüb

ABŞ-ın Kolorado ştatında 28 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Leykvud şəhər polisi şəxsi “Facebook” səhifəsində yazıb.

Yol-nəqliyyat hadisəsi Denver şəhəri yaxınlığında baş verib. Avtoqəza zamanı 24 minik avtomobili və 4 yük maşını toqquşub. Hadisə yerində yanğın da müşahidə olunub.

Rəsmi dairələr ölənlərin və yaralıların sayını dəqiqləşdirməyə çalışır. Polisin qənaətinə görə, yol qəzası yük maşınlarından birinin sürücüsünün səhvi ucbatından baş verib. Həmin sürücü saxlanılıb.

ONA

Teqlər: ABŞ yol qəzası

OXŞAR XƏBƏRLƏR