• DÜNYA

    05:51 21 aprel 2019

ABŞ-da 9 nəfəri öldürmək istəyən iki məktəbli qız saxlanılıb

ABŞ-ın Florida ştatında polis 9 nəfəri öldürməyi planlaşdıran iki məktəbli qızı həbs edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, məktəblilərin 14 yaşı var, onların kimliyi hələlik açıqlanmır.

Qızların müəllimi onlarda şübhəli qovluq aşkarlayıb. Qovluqda məktəblilərin 9 nəfəri öldürmək istəmələrinə dair şübhələr yaradan yazılar olub. Bundan sonra qızlar saxlanılıb və istintaq məsuliyyətinə cəlb ediliblər.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR