• DÜNYA

    06:32 12 fevral 2021

ABŞ-da ağır yol qəzasında 5 nəfər ölüb, 35 nəfər yaralanıb - VİDEO

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

APA xəbər veirir ki, bu barədə Fort-Uort şəhər polisinin əməkdaşı Daniel Siqura açıqlamasında bildirib.

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirildiyi bildirilib.

NBC kanalının yerli şöbəsinin verdiyi məlumata görə, təxminən 35 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, ştatın mərkəzi magistral yollardan birində, təxminən 100 avtomobil toqquşub.

Qəzaya səbəb yolun buz bağlaması olub.

Ştatın digər bölgələrində də ağır yol qəzaları baş verib. Azı 3 nəfərin öldüyü təsdiqlənib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR