Hazırda ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilib ki, bu qədər hərbi qulluqçunun Vaşinqtonda cəmləşməsi yeni seçilmiş prezident Cozef Baydenin andiçmə günü – yanvarın 20-də paytaxtın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Yanvarın 20-dək, paytaxta təxminən 25 min şəxsi heyət gətiriləcək.
4 mindən çox hərbçi şəhərdəki mühüm dövlət binalarını və digər əsas infrastrukturu mühafizə edəcək.
Qeyd edək ki, artıq Kapitoliya binası mühasirəyə alınıb, bir neçə gündür ki, ictimaiyyətin əraziyə giriş-çıxışına icazə verilmir.