• DÜNYA

    04:22 15 aprel 2019

ABŞ-da "Boeing 737"-lərin istifadəsinə qoyulmuş qadağaların müddəti uzadılıb

ABŞ-da “Boeing 737 Max” tipli sərnişin təyyarələrinin ekspluatasiyasına qoyulmuş qadağalar avqustun 19-dək uzadılıb.

ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı "American Airlines" aviaşirkətinin baş icraçı direktoru Duq Parker verib.

O bildirib ki, "Boeing 737 Max" tipli təyyarələrdə proqram təminatının yenilənməsi onların sertifikatını bərpa edəcək. Ancaq bununla belə, Parker böyük tələbatın olduğu mövsümdə sərnişinlərin təhlükəsizliyinin tam təmin edilməsini və biznes planın hazırlanmasında tam əminlik əldə olunmasını istəyir.

“American Airlines” şirkətinin açıqlamasına görə, “Boeing 737 Max” tipli təyyarələrin istifadəsinə qoyulmuş məhdudiyyətlərin uzadılması gündə 115 reysin təxirə salınmasına gətirib çıxaracaq ki, bu da yay mövsümündə ABŞ-da gündəlik reyslərin 1,5%-ni təşkil edir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR