• DÜNYA

    06:40 29 iyul 2019

ABŞ-da bu şəxs yüksək posta gətirlir


ABŞ Milli Kəşfiyyat Direktoru Deniel Koutsun yaxın günlərdə vəzifəsindən ayrılacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrə görə, ABŞ Prezidenti Donald Tramp bu vəzifəyə Texas ştatından olan konqresmen Con Retkliffin namizədliyini dəstəkləyəcəyi ehtimal edilir. İlk növbədə bunun üçün ABŞ senatorlarının razılığı alınmalıdır.

Qeyd olunur ki, Koutsun vəzifədən uzaqlaşdırılması onun Trampla bir çox məsələlərdə, xüsusən də Rusiya ilə bağlı fakir ayrılığının olmasıdır.
ABŞ prezidenti dəfələrlə birləşmiş ştatların kəşfiyyat idarəsinin fəaliyyətini tənqid ediyi deyilir.

Tramp çıxışlarında 2001-ci il 11 sentyabr terror hücumlarından sonra yaradılan Milli Kəşfiyyat İdarəsi və ona nəzarət edən ABŞ xüsusi xidmət orqanlarının yenidən qurulmasını dilə gətirib.

Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat Direktoru ştatın ümumilikdə mövcud olan 16 xüsusi xidmət orqanlarının əlaqələndiricisi hesab olunur.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR