ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsinin (FDA) xarici mütəxəssislərdən ibarət komitəsi ABŞ-da “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirusa qarşı peyvəndlərindən istifadəyə icazə verib.
APA xəbər verir ki, bu barədə “Reuters” yazır.
Komitənin qərarına görə, peyvəndlərin faydaları 16 yaş və yuxarı yaşda olanlar üçün riskləri üstələyir.