• DÜNYA

    22:29 6 aprel 2020

ABŞ-da COVID-19 diaqnozu ilə ölənlərin sayı 10 mini keçib

Amerika Birləşmiş Ştatlarında yeni növ koronavirus ölənlərin sayı 10 mini keçib.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universitetinin açıqladığı son məlumatda qeyd edilib.

Bildirilir ki, ölənlərin sayı 10 335 nəfər olub. Ən çox ölüm sayı yenə də Nyu-Yorkun payına düşür. Ölkədə virusa yoluxanların sayı 347 003 nəfərə çatıb, 18 953 nəfər sağalaraq xəstəxanaları tərk edib.

ABŞ dünyada COVID-19 virusunun ən çox yayıldığı ölkələr sırasındadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR